Главная > Dünya / Manset > Gürcüstanda peyvənd vurulan tibb bacısı 15 dəqiqə sonra reanimasiyalıq oldu

Gürcüstanda peyvənd vurulan tibb bacısı 15 dəqiqə sonra reanimasiyalıq oldu


19-03-2021, 07:59. Разместил: azadses
Gürcüstanın Axalsıx şəhərində “Imedi” klinikasında koronavirus əleyhinə peyvənd edildikdən sonra 30 yaşlı tibb bacısının vəziyyəti pisləşib.
Bu barədə yerli xəbər agentliyi “Samkhretis Caribche” məlumat yayıb.
Qadının vəziyyəti ağırdır, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin dediyinə görə, tibb bacısı “AstraZeneca” peyvəndi vurulandan 15 dəqiqə sonra bu vəziyyətə düşüb.
Baş verənləri öyrəndikdən sonra tibb bacısının yaxınları klinikada dava salmağa çalışıb, bir neçə pəncərəni qırıblar.
Əraziyə polis cəlb edilib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa qarşı peyvəndləmə martın 15-də başlayıb. Öncə ən yüksək risk qrupuna aid olan həkimlər aşılanır. Gürcüstan Prezidenti Salome Zurabişviliyə də COVID-19 peyvəndi vurulub.

Вернуться назад