Главная > Dünya / Manset > Şəhzadə Harri yeni işə başlayıb

Şəhzadə Harri yeni işə başlayıb


24-03-2021, 11:00. Разместил: azadses
Böyük Britaniya Kraliçası II Yelizavetanın nəvəsi Şahzadə Harri Kaliforniyada yerləşən “BetterUp” adlı mentorluq şirkəti ilə əməkdaşlığa başlayıb. 
“The Wall Street Journal” xəbər verir ki, Harri məhsul strategiyasının hazırlanması, xeyriyyəçilik və zehni sağlamlıq mövzularında kütləvi konsultasiya ilə məşğul olacaq.
Şəhzadə Harri yayılan məlumatları təsdiqləyib. 
“BetterUp” şirkətinin rəhbəri Aleksi Robiçaud, Harrinin direktor vəzifəsinə təyin edildiyini, ancaq digər işçilərdən məsul olmayacağını deyib. 
Onun sözlərinə görə, böyük ehtimalla, Harri San-Fransiskoda yerləşən ofisdə işləyəcək, bütün görüşlərdə iştirak edəcək və şirkətin xüsusi tədbirlərində çıxış edəcək.

Вернуться назад