Главная > Dünya / Manset > ABŞ-da mənfi reaksiyaya görə iki peyvənd mərkəzi bağlandı
ABŞ-da mənfi reaksiyaya görə iki peyvənd mərkəzi bağlandı10-04-2021, 11:00. Разместил: azadses |
“Wall Street Journal” xəbər verir ki, bunun səbəbi peyvənd edilmiş vətəndaşlarda müəyyən edilən mənfi reaksiyalardır. Bildirilir ki, Şimali Karolina ştatında vaksinasiya mərkəzi 18 nəfərdə baş verən vəziyyətdən sonra fəaliyyətini dayandırıb. Dörd nəfər müayinə üçün xəstəxanaya yerləşdirilib. Ümumilikdə mərkəzdə bağlanmadan əvvəl 2,3 mindən çox insan peyvən edilib. Kolorado ştatında da peyvənd mərkəzi ondan çox insanın yan təsirlərdən şikayətlənməsindən sonra fəaliyyətini dayandırıb. Şirkətdən bildirilib ki, vaksinlərin yan təsirləri ilə bağlı istənilən məlumatlar diqqətlə araşdırılır. Вернуться назад |