Главная > Dünya > Rusiyada daha bir koronavirus peyvəndinin klinik sınaqları təsdiqləndi
Rusiyada daha bir koronavirus peyvəndinin klinik sınaqları təsdiqləndi10-04-2021, 15:00. Разместил: azadses |
“RİA Novosti” bu barədə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin klinik sınaqlarının aparılması üçün icazə reyestrinə istinadən xəbər yayır. Araşdırma 18-60 yaş arası könüllüləri əhatə edir. Sınaqlar 8 aprel tarixində başlayacaq və 30 sentyabrda bitəcək. Dərman “Vektor” Dövlət Virusoloji və Biotexnologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb. Qeyd edək ki, Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi də var. Вернуться назад |