Главная > Dünya / Manset > Hindistanda koronavirusun ikinci dalğası təhlükəsi
Hindistanda koronavirusun ikinci dalğası təhlükəsi15-04-2021, 10:00. Разместил: azadses |
“Anadolu” agentliyi xəbər verir ki, ölkədə gündəlik xəstəlik sayı 4 apreldə 103 793 nəfərə çatıb və ilk dəfə 2020-ci ilin sentyabr ayındakı pik həddi geridə qoyub. Növbəti günlərdə yeni pik hədlərin görüldüyü ölkədə son 24 saat ərzində gündəlik xəstələrin sayı 184 372-yə yüksəlib. Koronavirusa ilk yoluxma hadisələrinin 30 yanvar 2020-ci ildə qeydə alındığı Hindistanda zamanla artan gündəlik yoluxma sayı 16 sentyabr 2020-ci il tarixdə 97 859-a qalxıb və bu tarixdən etibarən azalmağa doğru gedib. Gündəlik xəstəlik sayı növbəti 4,5 ay ərzində davamlı olaraq azalıb və 1 fevralda 8 587-ə düşüb. Lakin bu ilk dalğadan sonra şkala fevral ayından etibarən sərt formada yuxarıya doğru istiqamətlənib və birincidən daha yeni və daha böyük bir dalğa yaranıb. Вернуться назад |