Главная > Dünya / Manset > Koronavirusu ağır keçirənlər üçün təyin olunan dərmanın təsirsizliyi ortaya çıxdı

Koronavirusu ağır keçirənlər üçün təyin olunan dərmanın təsirsizliyi ortaya çıxdı


28-04-2021, 08:00. Разместил: azadses
Amerikalı həkimlər, yüksək dozada “D” vitamininin orta və ağır COVID-19 xəstələrinin vəziyyətini yaxşılaşdırmağa qadir olmadığı qənaətinə gəliblər.
“Terrnews” portalının məlumatına görə, elmi işlərin nəticələri “Journal of the American Medical Association” jurnalında dərc olunub.
Təcrübədə 240 yoluxmuş şəxs iştirak edib. Onlar iki qrupa ayrılıblar. Birinci qrup  yüksək dozada “D” vitamini, ikincisi isə plasebo alıb.
Araşdırmanın nəticələri göstərib ki, vitamini xəstəliyin gedişatına əhəmiyyətli təsir göstərməyib.
Ancaq bu, vitaminin daimi qəbulundan heç bir müsbət təsir olmadığı anlamına gəlmir.
Mütəxəssislərin fikrincə, yaşlılarda və osteoporoz kimi xroniki xəstəlikləri olan xəstələrin qanında azı 30 ng/ml “D” vitamini olmalıdır. Sağlam yetkinlər üçün məqbul miqdar 20 ng/ml-dir.

Вернуться назад