Главная > Dünya / Manset > Netanyahuya verilən müddət sona çatdı
Netanyahuya verilən müddət sona çatdı6-05-2021, 08:14. Разместил: azadses |
Israil Prezidenti Reuven Rivlinin koalisiya hökuməti qurması üçün Baş nazir Binyamin Netanyahuya verdiyi 28 günlük qanuni müddət sona çatıb. Rivlin “Twitter” hesabında paylaşdığı mesajda qeyd edib ki, Netanyahu koalisiya hökuməti qura bilməyib. İsrail prezidentinin koalisiya qurma vəzifəsi üçün yeni bir ad təyin edib- etməyəcəyi və ya tapşırığı parlamentə göndərib-göndərməcəyi hələ məlum deyil. Yerli KİV Rivlinin koalisiya qurma vəzifəsini Netanyahunun rəqibi və “Yesh Atid” partiyasının lideri Yair Lapid və ya “Yamina” partiyası lideri Naftali Bennettə həvalə edə biləcəyini yazır. Eyni zamanda, Lapid və ya Bennett təyin edilsə də, hər iki adın koalisiya qurmaq üçün kifayət qədər dəstək tapmaqda çətinlik çəkəcəkləri bildirilir. Вернуться назад |