Главная > Dünya > Almaniyada televizoru olmayan şəxs televergi ödəmədiyi üçün həbs edilib

Almaniyada televizoru olmayan şəxs televergi ödəmədiyi üçün həbs edilib


12-05-2021, 11:00. Разместил: azadses
Almaniyanın Münster şəhər sakini Georq Tilin həbsi sosial şəbəkələrdə geniş müzakirə mövzüsuna çevrilib.

Bu barədə yerli Borkenerzeitung.de portalı yazıb.

Məlumata əsasən, Til iki ay öncə teleradio yayımı üçün nəzərdə tutulan vergini ödəməkdən imtina etdiyinə görə həbs olunub.

Lakin məsələ burasındadır ki, onun nə televizoru, nə radiosu, nə smartfonu, nə də hər hansı bir qəbuledici qurğusu var. O, ölkə ərazisində yayımlanan teleradio siqnallarını qəbul etmək imkanından məhrumdur.

Məhkum artıq Almaniyanın Konstitusiya Məhkəməsinə də müraciət edib. Lakin vəkillərin sözlərinə görə, Tilin qalib gəlmə şansı çox azdır.


Вернуться назад