Главная > Dünya / Manset > Koronavirusun mənbəyində daha bir fəlakət

Koronavirusun mənbəyində daha bir fəlakət


15-05-2021, 16:00. Разместил: azadses
Dünyada koronavirusun mənbyi kimi tanınan Çinin Xubey vilayətindəki Uxan şəhəri daha bir fəlakətlə üzləşib.

“Sinxua” agentliyindən verilən məlumata görə, bu dəfə şəhəri təbiət qüvvələri sınağa çəkib.

Belə ki, güclü tornado qasırğası Uxana üz tutub.

Qasırğa zamanı küləyin 23.9 m/s sürətlə əsdiyi bildirlib. Təbii fəlakət nəticəsində binalara ziyan dəyib, ağaclar kökündən qoparaq aşıb. Yerli hökumət orqanları hadisə nəticəsində zərər çəkənlərin sayını dəqiqləşdirir.

Qonşu Szyansu vilayətində isə təbii fəlakət nəticəsində bir nəfər ölüb, 21 nəfərsə xəsarət alıb. Şensze əyalətində də bir neçə bina dağılıb, elektrik təchizatı pozulub.


Вернуться назад