Главная > Dünya / Manset > Kanadada uşaqları təsdiqlənməmiş dərmanla vaksinasiya etdilər

Kanadada uşaqları təsdiqlənməmiş dərmanla vaksinasiya etdilər


2-06-2021, 07:30. Разместил: azadses
Kanadanın Britaniya Kolumbiyası əyalətində səhiyyə işçiləri 12 uşağı koronavirus əleyhinə “Moderna” peyvəndi ilə vaksinasiya ediblər.

RT xəbər verir ki, onlar 18 yaşınadək vətəndaşlar tərəfindən istifadəsi rəsmi olaraq təsdiqlənməmiş peyvəndi uşaqlarda istifadə etdiklərinə görə üzr istəyiblər.

Bölgənin səhiyyə orqanı yeniyetmələrin səhvən yoxlanılmamış bir dərmanla vaksinasiya edilməsini təsdiqləyib.

Qeyd edək ki, Kanadada 12-17 yaş arası uşaqlarda yalnız “Pfizer-BioNTech” peyvəndi istifadə üçün təsdiqlənib.

Kanadalı həkimlər uşaqlarda anormal yan təsirlərin inkişafını müşahidə etdiklərini vurğulayıblar.


Вернуться назад