Главная > Dünya / Manset > İranda yerdə olan təyyarənin pilotları katapult etdi: İki nəfər öldü

İranda yerdə olan təyyarənin pilotları katapult etdi: İki nəfər öldü


2-06-2021, 10:00. Разместил: azadses
İranda “F-5” qırıcısında katapultun işə düşməsi nəticəsində Hava Qüvvələrinin iki pilotu həlak olub.

Mk.ru xəbər verir ki, bu zaman təyyarə yerdə olub, pilotlar havaya qalxmağa hazırlaşıblar.

Hadisənin ölkənin cənub-qərbindəki Xuzistan əyalətində baş verdiyi bildirilir. Son bir ayda ikinci hadisədir ki, İranın hərbi təyyarələrində xilasetmə sistemi gözlənilmədən işə salınır.

ABŞ-ın “F-5” qırıcıları 40 ildən çoxdur İran ordusunun arsenalında yer alır. Onların tədarükü XX əsrin 70-ci illərində olub.


Вернуться назад