Главная > Dünya > “Toyota” və “Honda” Malayziyada avtomobil istehsalını dayandırdı
“Toyota” və “Honda” Malayziyada avtomobil istehsalını dayandırdı2-06-2021, 12:48. Разместил: azadses |
Yapon avtomobil istehsalı şirkətləri “Toyota” və “Honda” koronavirus məhdudiyyətləri səbəbiylə Malayziyada yeni avtomobillərin istehsalını və satışını dayandırmağa qərar verib. Bu barədə “Nikkei” nəşri məlumat yayıb. Xəbərdə qeyd olunur ki, “Toyota”nın Malayziyada iki zavodu var. “Honda”nın da həmçinin Malayziyada motosiklet və avtomobil istehsal edən iki müəssisəsi fəaliyyət göstərir. Malayziya hökumətinin tələblərindən sonra hər iki avtomobil istehsalı şirkətinə personalın yalnız 10 faizini işdə saxlamaq icazəsi verilmişdi. Lakın qısa müddət sonra zavodların bu rejimdə işləməsi qeyri-mümkün hala gəlib və hər iki şirkət fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Вернуться назад |