Главная > Dünya > Xərçəng hüceyrələrini “aldadan” “Troya atı” testdən keçirilib

Xərçəng hüceyrələrini “aldadan” “Troya atı” testdən keçirilib


2-06-2021, 13:46. Разместил: azadses
Şotlandiyalı tədqiqatçılar xərçəng və bakteriya hüceyrələrini yaxınlığındakı sağlam toxumalara zərər vermədən öldürməyə qadir olan “Troya atı” preparatını uğurla sınaqdan keçirib.

“İzvestiya”nın məlumatına görə, bu barədə “London Evening Standard” xəbər verib.

Dərmanı ixtira edənlər onu “Troya atı” ilə müqayisə etdiyi üçün preparata belə ad verilib.

Mütəxəssislərin sözlərinə görə, xərçəng hüceyrələri “acgözlüdürlər”, yəni enerji üçün çoxlu qidaya ehtiyac duyurlar. Buna görə ətrafdakı sağlam hüceyrələrlə qidalanırlar.

Edinburq Universitetinin alimləri xərçəng hüceyrələrini öldürən SeNBD molekulunu qida kimyəvi maddəsinin içində gizlədiblər.

Birləşmənin toksik təbiətindən xəbərsiz olan bədxassəli hüceyrələr də “ideal ov”a hücum çəkərək onu istehlak edirlər.

Təcrübə balıq və insan hüceyrələri üzərində aparılıb.

Bununla belə, mütəxəssislərin fikrincə, bu metodun təhlükəsizliyini təsdiqləmək üçün əlavə araşdırma tələb olunur.


Вернуться назад