Главная > Dünya / Manset > ABŞ Bahram aviabazasını Əfqanıstana təhvil verdi
ABŞ Bahram aviabazasını Əfqanıstana təhvil verdi3-07-2021, 18:24. Разместил: azadses |
![]() “Report” xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib. Onun sözlərinə görə, aviabaza artıq Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təhvil verilib. Bundan əvvəl ABŞ-ın geri çəkilməsini Əfqanıstan hakimiyyəti və Taliban tərəfindən təsdiqlənmişdi. Qeyd edək ki, Əfqanıstanın ən böyük Bahram aviabazası Kabilin şimalında yerləşir. 1979-1989-cu illərdə baş verən Əfqanıstan müharibəsi dövründə Sovet İttifaqı qoşunları tərəfindən istifadə edilib. ABŞ-ın 2001-ci ildə Əfqanıstana gəlməsindən sonra Amerika qüvvələrinin əsas bazası olub. Вернуться назад |