Главная > Dünya / Manset > Rusiyada koronavirusun müalicə təlimatı dəyişdi

Rusiyada koronavirusun müalicə təlimatı dəyişdi


13-07-2021, 16:45. Разместил: azadses
Rusiya Federasiyası Səhiyyə Nazirliyi COVID-19 müalicəsi üçün təlimatları yeniləyib, 12-ci versiyasını hazırlayıb.

Bu barədə “İzvestiya” qəzeti infeksionist Vladimir Çulanovun açıqlamasına istinadən xəbər verib.

Onun sözlərinə görə, indi mütəxəssislər “xəstəliyin necə inkişaf etdiyini daha yaxşı anlamağa başlayıblar”, əlavə olaraq vəziyyət dəyişib, gənclərin xəstəliyi ağır keçirmə ehtimalı daha yüksəkdir.

O qeyd edib ki, səhiyyə nazirliyi “müalicəyə yeni yanaşmalar” üzərində işləyir. Ambulator müalicədə əvvəllər yalnız xəstəxanada istifadə olunan dərmanların istifadəsinə başlamaq planlaşdırılır.


Вернуться назад