Главная > Dünya / Manset > “Belə xalq var”: Bolqarıstanda seçkilərin nəticələri elan olundu

“Belə xalq var”: Bolqarıstanda seçkilərin nəticələri elan olundu


14-07-2021, 08:18. Разместил: azadses
İyulun 11-də Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

“RİA Novosti” ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən bildirir ki, səslərin 100%-nin sayılmasından sonra “Belə xalq var” partiyasının 24.08% səslə qalib gəldiyi təsdiqlənib.

İkinci yeri 23.51% səs toplayan sabiq Baş nazir Boyko Borisovun “Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı Partiyası” tutub. Səslərin 13.39%-ni qazanan “Bolqarıstan Sosialıst Partiyası” da parlamentdə təmsil olunmaq hüququ əldə edib.

Qalib siyasi partiyanın sədri Stefan Trifonov bəyan edib ki, onlar koalisiyaya getmədən təkbaşına hökumət qurmağa çalışacaqlar.


Вернуться назад