Главная > Dünya / Manset > İranın cənub-şərqində qarşıdurma: İnqilab Keşikçiləri Ordusunun dörd əsgəri öldü
İranın cənub-şərqində qarşıdurma: İnqilab Keşikçiləri Ordusunun dörd əsgəri öldü25-07-2021, 07:59. Разместил: azadses |
![]() İranın rəsmi xəbər agentliyi İRNA bu barədə İnqilab Keşikçiləri Ordusunun Qüds Baş Qərargahının yazılı açıqlamasına əsasən xəbər yayır. Hadisə Sistan-Bəlucistan vilayətinin Haş şəhərində təhlükəsizlik qüvvələri ilə silahlı dəstələr arasındakı baş verib. Təhlükəsizlik qüvvələri ilə toqquşan silahlı qrup barədə heç bir məlumat verilməyib. İranın Pakistan və Əfqanıstan sərhədində yerləşən Sistan-Bəlucistan vilayəti son illərdə “bölgədəki Sünni Bəluc xalqının hüquqları müdafiə olunduğu” önə sürülən və ölkədə terror təşkilatı sayılan “Ceyşul Adl” ilə İran təhlükəsizlik qüvvələri arasında qarşıdurmalara səhnə olub. Вернуться назад |