Главная > Dünya / Manset > Elektromobillərin 20 il sonrakı perspektivləri açıqlanıb
Elektromobillərin 20 il sonrakı perspektivləri açıqlanıb11-08-2021, 16:22. Разместил: azadses |
2040-cı il üçün elektromobillərin qlobal avtomobil bazarındakı payı 70%-ə yaxın olacaq. Bunu “Bloomberg”in analitikləri proqnozlaşdırıblar. Onların hesablamalarına əsasən, təxminən 20 il sonra dünya üzrə elektromobillərin satış həcmi illik 66 milyon ədədə çatacaq. Bu sahədə aparıcı bazarlar Çin və Aİ ölkələri olacaq. Qeyd edilən prosesə paralel olaraq, daxili yanma mühəriikilə təchiz edilmiş nəqliyyat vasitələrinin satışı ildən-ilə azalacaq. Вернуться назад |