Главная > Dünya / Manset > Britaniyada psixoloqlara müraciət rekord həddə çatıb

Britaniyada psixoloqlara müraciət rekord həddə çatıb


19-08-2021, 11:38. Разместил: azadses
Britaniyada psixi sağlamlıq mütəxəssislərinə aylıq müraciətlərin sayı son iki ildə ən yüksək səviyyəyə çatıb.

Bu barədə BBC-nin araşdırmasında qeyd olunub.

Jurnalistlər İngiltərədə 117 klinik komissiyanın, həmçinin Uels, Şotlandiya və Şimali İrlandiyada sağlamlıq komissiyalarının məlumatlarını təhlil ediblər.

Məlum olub ki, bu ilin mart ayında təxminən 300 min insan psixi sağlamlıq xidmətlərinə müraciət edib, bu da 2020-ci ilin fevral ayından (pandemiyanın başlamasından bir ay əvvəl) 18 faiz çoxdur. Ölkənin bəzi bölgələrində belə müraciətlərin sayı iki dəfədən çox artıb.

Xeyriyyə təşkilatları bu yöndə artımın davam edəcəyi ilə bağlı xəbərdarlıq edərək, hökuməti tədbir görməyə çağırıb.

Ölkə rəhbərliyi də 2023-2024-cü illərin hər biri üçün 2,3 milyard funt sterlinq (5,4 milyard manat) ayıraraq psixi sağlamlıq xidmətlərini genişləndirməyi və dəyişdirməyi planlaşdırdığını bəyan edib.


Вернуться назад