Главная > Dünya / Manset > Məşhur filmin çəkildiyi malikanə yanaraq yararsız hala düşüb

Məşhur filmin çəkildiyi malikanə yanaraq yararsız hala düşüb


24-08-2021, 17:23. Разместил: azadses
Məşhur britaniyalı aktyor Edvard Con Devidin rol aldığı, “Fantastik məxluqlar və onların yaşadıqları yer” filminin səhnələrinin çəkildiyi və aktyorun ailəsinə məxsus olan malikanə meşə yanğınları nəticəsində yanıb.

Bu barədə “Daily Mail” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, malikanə 35 ildir britaniyalı aktyor Edvard Con Devidin ailəsinə məxsus olub.

Mülk Fransada Lacivərd sahili adlandırılan ərazidə yerləşir və meşə ilə əhatə olunub.

Malikanənin dəyəri iki milyon funt sterlinq civarındadır.


Вернуться назад