Главная > Dünya / Manset > Avropada təbii qazın qiymətində yeni rekord qeydə alınıb

Avropada təbii qazın qiymətində yeni rekord qeydə alınıb


31-08-2021, 10:32. Разместил: azadses
Avropada mavi yanacağın satış qiymətlərindəki artım davam edir.

Ötən gün London əmtəə birjasında (ICE) oktyabrda tədarük ediləcək təbii qazın min kubmetrinin qiyməti 600 dolları ötüb.

Gündəlik ticarət sessiyası ərzində qiymət 600.3 dollara çatıb.

Qiymət artımının əsas amilləri kimi bazar iştirakçılarının “Qazprom”un 6 aylıq hesabatı gözləntisi, “Şimal axını 2” boru xəttilə bağlı xəbərlər, həmçinin Avropada qaz ehtiyatlarının kəskin azalması göstərilir.

Mənbə: TASS


Вернуться назад