Главная > Dünya / Manset > Türkiyədə koronavirusun “Mü” ştammı tapıldı

Türkiyədə koronavirusun “Mü” ştammı tapıldı


7-09-2021, 19:04. Разместил: azadses
Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca ölkədə koronavirusun “Mü” ştammının aşkar olunduğunu açıqlayıb.

“Haber Global” məlumat verir ki, o, iki nəfərdə bu ştamma rast gəlindiyini deyib.

“Hazırda əlavə tədbir görməyi düşünmürük. Çünki indiyə qədər bizim yeni variant olaraq müəyyən etdiyimiz iki hadisədən başqa “Mü” ilə əlaqəli hal baş verməyib”.

Türkiyəli nazir vurğulayıb ki, hazırda yoluxanların 90 faizindən çoxunda aşkar edilən “Delta” və “Delta Plus” variantlarıdır.

O, peyvəndləmənin artması ilə yoluxma sayının azalacağını qeyd edib.


Вернуться назад