Главная > Dünya / Manset > Yaponiyada vulkan püskürüb
Yaponiyada vulkan püskürüb17-09-2021, 17:01. Разместил: azadses |
![]() “Report” xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Seysmoloqlar adada vulkanik aktivliyin davam edəcəyini nəzərə alaraq təhlükə səviyyəsini beş ballıq şkala üzrə üçüncü səviyyəyə qaldırıblar. Bu o deməkdir ki, vulkana 2 km -dən az məsafədə yaxınlaşmaq olmaz. Hadisə nəticəsində ölən və yaralıların olması barədə məlumat verilməyib. Hazırda təxminən 80 nəfərin yaşadığı kənd vulkandan 4 km aralıda yerləşir. Suvanose, böyük Kaqoşima şəhərindən 230 km cənub-qərbdə yerləşən kiçik adadır. Sonuncu dəfə burada vulkan 2021-ci ilin iyun ayında püskürüb. Вернуться назад |