Главная > Dünya / Manset > Maykl Cordanın oğlu xəstəxanada dava salıb, polis tərəfindən saxlanılıb

Maykl Cordanın oğlu xəstəxanada dava salıb, polis tərəfindən saxlanılıb


27-09-2021, 15:09. Разместил: azadses
Tanınmış basketbolçu Maykl Cordanın oğlu Cefri Arizona ştatında saxlanılıb.

Onun xəstəxanaların birində tibb əməkdaşlarına hücum etdiyi bildirilib.

İnsident Skotsdeyl şəhərində baş verib.

Məşhurun oğlunun “Casa Amigos” klubunda yıxılaraq başı masanın küncünə dəyib. Başından qan açılan Cefri xəstəxanaya çatdırılıb və burada ona tibbi yardım göstərən əməkdaşlarla dalaşıb.

32 yaşlı oğul Cordan polis şöbəsinə aparılsa da, bir saat sonra sərbəst buraxılıb.

Mənbə: ABC


Вернуться назад