Главная > Dünya / Manset > NATO Baş katibi: “Çinin iqtisadi qüdrətinin artması alyans üçün təhdiddir”

NATO Baş katibi: “Çinin iqtisadi qüdrətinin artması alyans üçün təhdiddir”


12-10-2021, 11:05. Разместил: azadses
Çinin iqtisadi qüdrətinin artması və onun Rusiya ilə daha sıx əməkdaşlıq etməsi NATO üçün təhdiddir.

Bunu təşkilatın Baş katibi Yens Stolenberq Lissabonda keçirilən NATO Parlament Assambleyasının iclasındakı çıxışı zamanı bəyan edib.

O, Şərq nəhənginin mühüm qlobal infrastrukturları ələ keçirməyə cəhd göstərdiyini, bu azmış kimi, kibermühitdə də üstünlüyünü təmin etmək istədiyini bildirib.

Həmçinin, Stolenberq NATO-nun regional qurumdan, ümumdünya təşkilatına çevrilməsinin əleyhinə olduğunu da qeyd edib.

Mənbə: TASS


Вернуться назад