Главная > Dünya / Manset > Restoranlardan qida sifarişinin kişilər üçün təhlükəli olduğu açıqlanıb
Restoranlardan qida sifarişinin kişilər üçün təhlükəli olduğu açıqlanıb13-10-2021, 14:05. Разместил: azadses |
Müxtəlif məhsulların qablaşdırılması, eləcə də qida sifarişlərnin çatdırılması zamanı istifadə edilən plastik qablar kişilərdə cinsi funksiyaların zəifləməsinə, reproduktiv göstəricilərin aşağı düşməsinə səbəb ola bilər. Bunu Nyu-Yorkdakı Lanqone Universitetinin Tibb Mərkəzində aparılan araşdırma sübut edib. Alimlərin sözlərinə görə, plastik qabların tərkibindəki ftalat adlı sintetik kimyəvi maddə hər il 55-64 yaş arası 100 min nəfərin ölümünə səbəb olur. Həmçinin, ftalatlardan uşaq oyuncaqlarının hazırlanmasında da istifadə edilir ki, bu da gələcək nəsillərin sağlamlığını təhlükə altına atır. Mənbə: “Haber Global” Вернуться назад |