Главная > Dünya / Manset > “Sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün kömək etməliyik”
“Sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün kömək etməliyik”6-11-2021, 12:26. Разместил: admin |
“Ötən il Azərbaycanda baş verən hadisələr bütün dinamikanı dəyişdirdi. Düşünürəm ki, bu dəyişiklik Azərbaycanın yenidən əzəli torpaqlarında nəzarətini bərpa etdi və regionda söz sahibinə çevirdi. Hazırda atəşkəs rejimidir, amma bu, sülh müqaviləsi deyil. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır”. “Azadsəs.com” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta “COVID-19-dan sonrakı dünya” mövzusunda VIll Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib. O qeyd edib ki, sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün Azərbaycan və Ermənistana kömək etməliyik: “Açıq toqquşmalar baş verəndə düşündük ki, bu, heç vaxt ola bilməzdi. Amma bu situasiya ona dəlalət etdi ki, iki ölkə arasında müharibə hər məqamda baş verə bilərdi. Biz sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün Azərbaycan və Ermənistana kömək etməliyik. Amma burada öz maraqlarımızı da nəzərə almalıyıq. 30 il davam edən düşmənçilik Azərbaycan və Ermənistan xalqına daha çox təsir edib. Əvvəllər azərbaycanlı və ermənilər qarışıq nikaha girirdilər. Amma indi gənc nəsil arasında belə bir ənənə yoxdur. Yaddaşda yalnız düşmənçilik var”. Keçmiş səfir, həmçinin əlavə edib ki, sülhün bərpa olunması üçün iki ölkə rəhbəri üçün müəyyən zaman lazım gələcək: “Ermənistan öz işğalçı siyasətinə son qoymalıdır. Sülh müqaviləsi Ermənistana fayda gətirəcək. Ermənistan bazarı kiçikdir və onun iqtisadi inkişafı digər qonşu ölkələrdən asılıdır. Əgər qonşu ölkələrlə münasibətləri düzəltməsə, bu, onun özünə ziyan vuracaq. Belə başa düşürük ki, münasibətlərin bərpa edilməsində xalq ölkəyə dəstək çıxmayacaq. Burada əyləşənlərin hamısı Azərbaycan və Ermənistan arasında körpü yaratmağın yollarını axtarmalıdır. Düşünürəm ki, ötən ilin noyabrında imzalanan bəyannamə qüvvədə qalsın və bu barədə danışıqlar aparılsın, iqtisadi əməkdaşlıq daha çox inkişaf etsin. Bu, çox vacibdir. Biz bu prosesə köməklik göstərə bilərik. Düşünürük ki, ABŞ şirkətləri bu layihələrdə iştirak edə bilər”. Вернуться назад |