Главная > Dünya / Manset > Türkiyədə dağıntılar altından 13 nəfər çıxarıldı - Video+Yenilənib

Türkiyədə dağıntılar altından 13 nəfər çıxarıldı - Video+Yenilənib


10-11-2021, 09:37. Разместил: admin
Türkiyənin Malatya şəhərinin İnönü rayonunda ikimərtəbəli bina uçub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altında xeyli sayda insan qalıb. Hadisə yerinə xilasedicilər, təcili yardım maşınları göndərilib.

Hazırda 2 nəfərin dağıntılar altından yaralı halda çıxarıldığı bildirilir.

Məlumata görə, binanın birinci mərtəbəsində restoran fəaliyyət göstərib. Uçqunun səbəbi hələlik bilinmir.

***

Dağıntılar altından 8 nəfər çıxarılıb. Onlar xəstəxanaya yerləşdirilib.

***

Uçqun altından yaralı halda çıxarılanların sayı 9 olub. Dağıntılar altında ümumilikdə 20 nəfərin qaldığı ehtimal olunur.

***

Dağıntılar arasından 11 nəfər yaralı halda çıxarılıb. Qəzaya səbəb kimi təmir işləri zamanı səhvə yol verilməsi göstərilir. Binanın 50 yaşı olub.

***

Dağıntılar altından daha 2 nəfər çıxarılıb. Bununla da xəsarət alanların sayı 13 nəfər olub.

***

Türkiyə daxili işlər nazirinin köməkçisi İsmail Çataklı açıqlamasında hadisə zamanı ölənin olmadığını bildirib. Onun sözlərinə görə, kiminsə itkin düşməsi ilə bağlı məlumat da daxil olmayıb.

***

Türkiyə daxili işlər naziri Süleyman Soylu tvitter hesabında axtarma-xilasetmə işlərinin başa çatdığını bildirib. Qurum rəhbəri insan təlafatının olmadığını bildirib.


Вернуться назад