Главная > Dünya > Lənkəran UNESCO-nun siyahısına salındı
Lənkəran UNESCO-nun siyahısına salındı10-11-2021, 11:36. Разместил: admin |
Azərbaycanın Lənkəran şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi siyahısına daxil edilib. ““Azadsəs.com”” xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib. UNESCO-nun Baş direktoru Odre Azulenin qərarı ilə 49 şəhər Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulub. Şəbəkə yaradıcılığa əsaslanan şəhərləri - musiqi, incəsənət və sənətkarlıq, dizayn, film, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiyanı özündə birləşdirir. Xatırladaq ki, Bakı 2019-cu ildən “dizayn” üzrə, Şəki isə 2017-ci ildən “sənət və sənətkarlıq” üzrə Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür. Вернуться назад |