Главная > Dünya > Ukraynada daha bir nazirin istefası gözlənilir
Ukraynada daha bir nazirin istefası gözlənilir11-11-2021, 09:37. Разместил: admin |
Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko qurumun yenidən təşkili ilə əlaqədar istefa verəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Ukrayna həqiqəti” nəşri məlumat yayıb. Bildirilir ki, çərşənbə günü Nazirlər Kabineti qapalı iclasında Dövlət Film Agentliyinin Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyindən ayrılmasına səs verib. Bu qərarla əlaqədar olaraq, Tkaçenko noyabrın 11-i səhər saatlarında istefa ərizəsi verəcək. Nazir Dövlət Film Agentliyinin nazirlikdən ayrılmasına qarşı çıxıb, çünki bu, hələ Tkaçenko nazir olana qədər başlanan islahatların məntiqinə zidd hesab edilib. Вернуться назад |