Главная > Dünya > Belarusun Brüsseldəki səfirliyinin binasını yandırdılar

Belarusun Brüsseldəki səfirliyinin binasını yandırdılar


17-11-2021, 22:27. Разместил: admin
Belarusun Belçikadakı səfirliyinin binası naməlum şəxslər tərəfindən yandırılıb.

“Azadsəs.az” xəbər veirr ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, bu səbəbdən konsulluq məsələləri üzrə qəbul müvəqqəti olaraq dayandırılıb:

“Naməlum şəxslər tərəfindən Belarus Respublikasının Belçika Krallığındakı səfirliyinin binasında yanğın törədilməsi nəzərə alınaraq, konsulluq məsələləri ilə bağlı vətəndaşların qəbulu texniki səbəblərə görə müvəqqəti olaraq dayandırılır. Şöbə işə başlayanda əlavə məlumat veriləcək”.
Вернуться назад