Главная > Dünya > Zelenskidən atəşkəs çağırışı

Zelenskidən atəşkəs çağırışı


21-12-2021, 23:17. Разместил: admin
“Rəsmi Kiyev Donbasda atəşkəsə hazırdır”.

“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Sükut rejiminə gəlincə... Bu gün üçtərəfli təmas qrupunun alt qruplarnın Minsk iclası keçirilir. Mənə elə gəlir ki, üçtərəfli təmas qrupunun görüşü sabah da olacaq. Danışıqlar çətindir. Bu məsələdə yeni heç nə yoxdur. Bu danışıqlar həmişə çətin olub. Düşünürəm ki, hamı atəşkəsə hazırdır”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Kiyev təmas qrupunun danışıqları zamanı atəşkəs, giriş-çıxış məntəqələrinin açılması və məhbusların mübadiləsi ilə bağlı razılığa gələcəyini gözləyir.

“Bunun Milad və Yeni il bayramlarından əvvəl olub-olmayacağını bilmirəm, vaxtında edilə biləcəyinə də əmin deyiləm. Amma bayramdan əvvəl bu məqamlar və ya ən azı bəziləri üzərində razılaşsaq, yaxşı olacaq”, - deyə o əlavə edib.
Вернуться назад