Главная > Dünya > Pentaqon rəhbərində koronavirus aşkarlandı

Pentaqon rəhbərində koronavirus aşkarlandı


3-01-2022, 16:13. Разместил: admin
ABŞ müdafiə naziri Lloyd Ostində koronavirus aşkarlanıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Pentaqonun saytında bildirilib.

68 yaşlı Ostinin sözlərinə görə, onda yüngül simptomlar müşahidə olunur. Müdafiə naziri həkimin tövsiyələrinə əməl etdiyini və növbəti beş gün ərzində evdə karantində qalacağını bildirib.

O əlavə edib ki, müdafiə naziri səlahiyyətləri onda qalır və nə qədər mümkündürsə əsas görüş və tədbirlərdə virtual formatda iştirak etmək niyyətindədir.
Вернуться назад