Главная > Dünya / Manset > KTMT Qazaxıstana sülhməramlı qüvvələrini göndərdi

KTMT Qazaxıstana sülhməramlı qüvvələrini göndərdi


6-01-2022, 12:33. Разместил: admin
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstana göndərilib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı təşkilat yayıb.

KTMT Katibliyinin məlumatına görə isə, sülhməramlı kontingentin bölmələri artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar.

Hazırda sülhməramlı kontingentin Rusiya tərəfindən olan hissəsinin təyyarələr vasitəsilə Qazaxıstan ərazisinə gətirilməsi həyata keçirilir.

Qeyd edək ki, sülhməramlı qüvvələrin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.
Вернуться назад