Главная > Dünya > Türk Dövlətləri Təşkilatından Qazaxıstana dəstək mesajı

Türk Dövlətləri Təşkilatından Qazaxıstana dəstək mesajı


6-01-2022, 17:12. Разместил: admin
Türk Dövlətləri Təşkilatı son günlər Qazaxıstanda baş verən hadisələrə münasibət bildirib.

“Azadsəs.az” xəbər verir ki, təşkilatın bu məsələ ilə bağlı yaydığı bəyanatda deyilir:

“Qazaxıstan rəhbərliyinin gərginliyi dinc şəkildə aradan qaldırmaq imkanına sahib olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəkləri dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik”.
Вернуться назад