Главная > Dünya / Manset > Qazaxıstandakı iğtişaşların məsuliyyətini öz üzərinə götürdü

Qazaxıstandakı iğtişaşların məsuliyyətini öz üzərinə götürdü


7-01-2022, 17:19. Разместил: admin
“Bank Turan Alem”in keçmiş rəhbəri Muxtar Ablyazov özünü Qazaxıstandakı müxalifətin və etiraz aksiyalarının lideri adlandırıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Hazırda xaricdə gizlənən qazax bankirin sözlərinə görə, Almatı şəhərindəki etirazçılar hər gün ondan necə hərəkət edəcəklərini soruşurlar.

Ablyazov qeyd edib ki, Qazaxıstana qayıtmağa və müvəqqəti hökumətə rəhbərlik etməyə hazırdır. Lakin bir şərtlə ki, etiraz aksiyası yetərli səviyyəyə çatsın. O, həmçinin vurğulayıb ki, aksiyaların koordinasiyası üçün Qərbdən pul vəsaitləri almayıb.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi yanında İstintaq Komitəsi 2010-cu ildə Muxtar Ablyazovu qiyabi olaraq 4,5 milyard dollar kredit verməklə dələduzluq etməkdə ittiham edib. 2011-ci ildə isə Qazaxıstanın Baş Prokurorluğu biznesmenin ekstradisiyası ilə bağlı sorğu göndərib, lakin Ablyazov siyasi sığınacaq alıb.
2012-ci ilin fevralın 16-da isə London məhkəməsi “Bank Turan Alem”in vəsatəti üzrə Muxtar Ablyzovu məhkəmənin qərarına hörmət etməməsinə görə 22 ay müddətinə azadlıqdan məhrum edib. Sahibkarın özü hökmdə iştirak etməyib və onun harada olduğu bilinməyib.


2020-ci ilin sonunda isə Moskvanın Taqansk Məhkəməsi Muxtar Ablyazov və onun tabeliyində olan bir neçə əməkdaş barəsində qiyabi hökm çıxarıb. Bankir bu zaman 58 milyard rubl həcmində vəsaiti mənimsəməkdə ittiham edilərək qiyabi olaraq 15 il müddətə azadlıqdan məhrum edilib.

O, hazırda Parisdə yaşayır.

Вернуться назад