Главная > Dünya / Manset > “Paşinyan Ermənistana qarşı” işində yekun qərar verildi

“Paşinyan Ermənistana qarşı” işində yekun qərar verildi


18-01-2022, 17:21. Разместил: admin
Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Baş naziri Nikol Paşinyanın 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra hüquqlarının pozulmasına dair qərar qəbul edib.

“Azadsəs.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, məhkəmə “Paşinyan Ermənistana qarşı” işi çərçivəsində belə bir qərar qəbul edib.

Qeyd olunur ki, Paşinyan 2008-ci ildə Levon Ter-Petrosyanın prezidentliyə seçkiqabağı qərargahının üzv olub. Paşinyan paytaxt İrəvanda 2008-ci ilin martın 1-2-si kütləvi iğtişaşlardan sonra axtarışa verilib. 2009-cu ildə isə hökumətə təslim olub. 2010-cu ilin yanvarında kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum olunub. Daha sonra məhkəmə həmin müddəti iki dəfə azaldıb. 2011-ci ilin mayında Paşinyan Ermənistanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə amnistiyaya çıxıb.

N. Paşinyan 2010-2011-ci illərdə Avropa İnsan Hüquqları Məhkəməsinə appelyasiya şikayəti verib və bildirib ki, 2008-ci il hadisələri ilə əlaqədar mühakimə olunması onun siyasi çıxışları və müxalif fəalliyyəti ilə bağlı olub.
Вернуться назад