Главная > Dünya / Manset > “Putin Ukraynanı işğal etsə...” - Bayden Rusiyanı hədələdi
“Putin Ukraynanı işğal etsə...” - Bayden Rusiyanı hədələdi20-01-2022, 11:43. Разместил: admin |
“Mənim təxminlərimə görə, Rusiya Ukraynaya qarşı hərəkətə keçəcək. Rusiya Ukraynaya hücum edərsə, heç vaxt görmədiyi sanksiyalarla üzləşəcək”. “Azadsəs.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ukrayna ilə Rusiya arasında yaşanan gərginliklə bağlı danışarkən deyib. NATO-da birliyin vacibliyini qeyd edən Bayden çıxışında əlavə edib: “Putin Ukraynanı işğal edərsə, Polşa və Rumıniyadakı əsgərlərimizin sayını artıracağıq. NATO daxilində fikir ayrılıqları var. Mən əmin olmalıyam ki, hamı razılaşsın. Əgər rus əsgərləri sərhədi keçib Ukrayna əsgərlərini öldürsələr, bu, hər şeyi dəyişəcək. Amma NATO cəbhəsində bizim tam birliyimiz Putinin nə edəcəyindən və hansı səviyyədə edəcəyindən asılıdır”. Вернуться назад |