Главная > Dünya > ABŞ-da güclü qara görə minlərlə aviareys ləğv olundu
ABŞ-da güclü qara görə minlərlə aviareys ləğv olundu29-01-2022, 22:24. Разместил: admin |
![]() "Azadsəs.az" CNN telekanalına istinadla xəbər verir ki, Cənubi və Şimali Karolina ştatlarında meydana gələn təbiət kataklizmi təqribən 50 milyon amerikalıya təsir göstərib və Atlantik okeanı sahilləri boyunca şimala doğru - Delaver, Nyu-Cersi və Nyu-York istiqamətində hərəkət edir. Massaçusets ştatında 79 min, Delaverdə 4 minə yaxın istehlakçı elektriksiz qalıb. “FlightAware” portalının məlumatına görə, şənbə günü ABŞ-a gələn, ölkədən uçan və yaxud ölkə daxilində 3520 reys ləğv olunub. Bazar gününə nəzərdə tutulan 800 reysin də artıq ləğv olunduğu bildirilir. Qar fırtınasının bazar gününədək davam edəcəyi gözlənilir. Вернуться назад |