Главная > Dünya / Manset > “Tesla” 800 mindən artıq avtomobilini geri çağırır
“Tesla” 800 mindən artıq avtomobilini geri çağırır4-02-2022, 08:59. Разместил: azadses |
![]() Bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb. Hesabatda deyilir ki, bəzi 2021-2022-ci il “Model S” və “Model X”, 2017-2022-ci il “Model 3” və 2020-2022-ci il “Model Y” avtomobilləri geri çağırılmalıdır. “Nəqliyyat vasitəsi işləyərkən və sürücü təhlükəsizlik kəməri taxmayanda siqnal işə düşməyə bilər”, - deyə açıqlamada bildirilir. Hesabatda deyilir ki, “Tesla” səhvi düzəltmək üçün müvafiq proqram yeniləməsini buraxacaq. ![]() Вернуться назад |