Главная > Dünya / Manset > Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq ediləcək
Avstriyada koronavirusa qarşı məcburi peyvənd tətbiq ediləcək4-02-2022, 21:01. Разместил: azadses |
Avstriya Federal Şurası (parlamentin yuxarı palatası) 18 yaşdan yuxarı sakinlər üçün məcburi koronavirus peyvəndini tətbiq edən qanunun qəbuluna səs verib. "Report" bu barədə TASS-a istinadən xəbər verir. Parlamentarilərin səsverməsi Avstriya hökumətinin bu qanunvericilik təşəbbüsünün müzakirəsindən sonra baş tutub. Layihənin lehinə 47 deputat, əleyhinə 12 deputat səs verib. Ümumilikdə 61 deputatdan 59-u səs verib. Qanun respublika prezidenti tərəfindən imzalanmalıdır. O, yalnız federal qanunlar reyestrində dərc edildikdən sonra qüvvəyə minə biləcək. Вернуться назад |