Главная > Dünya / Manset > Tramp: “Bayden administrasiyası ölkəni bir ildə məhv etdi”

Tramp: “Bayden administrasiyası ölkəni bir ildə məhv etdi”


5-02-2022, 09:16. Разместил: azadses
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, indiki Ağ Ev administrasiyası ölkəni bir ildə məhv edib.

O, bu barədə Milli Respublikaçı Senatorlar Komitəsinin Qırmızı Zona podkastında danışıb.

Tramp hazırkı prezident Co Baydenin uğursuzluqları arasında ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını, artan inflyasiyanı, Meksika sərhədindəki qarışıqlığı və ABŞ-da koronavirusla bağlı vəziyyəti sadalayıb.

Qeyd edək ki, Tramp 2020-ci il prezident seçkilərində demokrat Co Baydenə uduzsa da, məğlubiyyətini etiraf etməyib.

Mənbə: “RİA Novosti”


Вернуться назад