Главная > Dünya / Manset > “Raket ataraq dünyanı silkələyə bilərik”

“Raket ataraq dünyanı silkələyə bilərik”


10-02-2022, 09:52. Разместил: admin
Son bir ayda yeddi ballistik raket sınağı keçirən Şimali Koreya ABŞ-la bağlı sərt açıqlama verib.

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bir çox ölkələrin ABŞ-a boyun əymə və kor-koranə itaət etməklə vaxt itirdiyi müasir dünyada yalnız bizim ölkə raket ataraq dünyanı silkələyə bilər. Dünyada 200-dən çox ölkə var, lakin yalnız bir neçəsində hidrogen bombası, qitələrarası ballistik raketlər və hipersəs raketləri var", - nazirliyin bəyanatında deyilir.

Açıqlamada qeyd edilib ki, ilin əvvəlindən bu yana həyata keçirilən raket sınaqları fövqəladə uğurlu olub.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə Şimali Koreyaya qarşı düşmənçilik niyyətinin olmadığını bildirib və yeni dialoqa çağırıb. Sözçü deyib ki, o, Pxenyan administrasiyasını beynəlxalq sülh, təhlükəsizlik və nüvə silahının yayılmaması rejiminə təhdid kimi görür.
Вернуться назад