Главная > Dünya / Manset > “Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır” - Peskov

“Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır” - Peskov


15-02-2022, 12:23. Разместил: admin
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafında vəziyyətlə bağlı danışıqlara hazırdır.

“Azadsəs.az” xəbər verir ki, bunu Rusiya dövlət başçısının sözcüsü Dmitri Peskov CNN-ə müsahibəsində bildirib.

“Hər şeydən əvvəl Prezident Putin həmişə danışıqları və diplomatiyanı üstün tutur. Əslində, o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı olub. Ukrayna problemin yalnız bir hissəsidir. Ən böyük məslə Rusiya üçün daha çox təhlükəsizlik təminatıdır. Əlbəttə ki, Prezident Putin danışıqlara hazırdır”, -deyə Peskov bildirib.
Вернуться назад