Главная > Dünya / Manset > NATO: “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik” - FOTO

NATO: “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik” - FOTO


22-02-2022, 09:24. Разместил: admin
“Mən Rusiyanın Ukraynadakı Donetsk və Luqanskı tanımasını qınayıram”.

Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq özünün “Twitter” hesabında yazıb.

O, qeyd edib ki, bu, münaqişənin həlli səylərini puç edir və Minsk razılaşmalarını pozur.

“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz Moskvanı münaqişəni gərginləşdirməyi dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq”, - deyə o, bəyan edib.


Вернуться назад