Главная > Dünya > “NATO Ukrayna ilə bağlı qətiyyət nümayiş etdirə bilmədi” - Ərdoğan

“NATO Ukrayna ilə bağlı qətiyyət nümayiş etdirə bilmədi” - Ərdoğan


25-02-2022, 17:33. Разместил: admin
“NATO Ukrayna ilə bağlı vəziyyətdə lazımi qətiyyət nümayiş etdirə bilmədi”.

“Azadsəs.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qərb, Avropa İttifaqı ölkələri və NATO Ukrayna ilə bağlı qətiyyət nümayiş etdirə bilmədilər. Onların hər biri Ukraynaya məsləhət verirlər. Qərbin Ukraynaya münasibəti nə dostyana, nə həmrəylik hesab oluna bilər”, - deyə Ərdoğan söyləyib.
Вернуться назад