Главная > Dünya / Manset > BMT-nin İnsan Hüquqları Şurasının Ukrayna ilə bağlı xüsusi iclası keçiriləcək
BMT-nin İnsan Hüquqları Şurasının Ukrayna ilə bağlı xüsusi iclası keçiriləcək3-03-2022, 10:23. Разместил: admin |
BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə Ukraynadakı vəziyyətlə bağlı qurumun 49-cu sessiyası çərçivəsində martın 3-də xüsusi iclası keçiriləcək. “Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyətinin təqdim etdiyi və Qərb ölkələri tərəfindən fəal dəstəklənən qətnamə layihəsi insan hüquqlarının pozulması hallarını araşdırmaq üçün komissiyanın yaradılmasını nəzərdə tutur. 47 ölkədən 29-nun dəstəklədiyi layihə təcili olaraq insan hüquqları sahəsində üç ekspertdən ibarət müstəqil beynəlxalq tədqiqat komissiyasının yaradılmasını nəzərdə tutur. Komissiyanın ilkin mandatı bir ildir. Komissiya insan hüquqlarının və humanitar hüququn pozulması ilə bağlı bütün məlumatları 2014-cü ildən etibarən Krımda, Donetsk və Luqansk vilayətlərinin müəyyən ərazilərində və 2022-ci ilin fevralın 22-dən isə Ukraynanın digər vilayətlərində araşdırma aparmalıdır. Araşdırma zamanı toplanan məlumatların gələcəkdə beynəlxalq məhkəmələrdə istifadə olunacağı güman edilir. Вернуться назад |