Главная > Dünya > “Ermənistan bunu başa düşəndə onunla münasibətlər inkişaf edəcək”
“Ermənistan bunu başa düşəndə onunla münasibətlər inkişaf edəcək”5-03-2022, 17:43. Разместил: admin |
“Azərbaycan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasını dəstəkləyib və dəstəkləyir”. “Azadsəs.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib. O bildirib ki, bu istiqamətdə Azərbaycan və Türkiyə arasında tam koordinasiya mövcuddur: “Şuşa Bəyannaməsində qeyd olunub ki, Azərbaycan və Türkiyə arasındakı geniş müttəfiqlik münasibətləri hansısa üçüncü ölkəyə qarşı yönəlməyib. Bu münasibətlər Azərbaycan və Türkiyənin, bölgənin inkişafına yönəlib”. Nazir vurğulayıb ki, Ermənistan rəhbərliyi, cəmiyyəti başa düşəndə ki, Azərbaycan və Türkiyə üçün yaxşı olan Ermənistan üçün pis anlama gəlməyəcək, o vaxt bu ölkə ilə münasibətlər inkişaf edəcək. Mövlud Çavuşoğlu xatırladıb ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələri iki dəfə görüşüblər: “Azərbaycan və Türkiyənin məqsədi bölgədə yaxşı qonşuluq, sülh və sabitliyin təmin olunmasıdır. Azərbaycan və Türkiyə bu istiqamətdə koordinasiyalı fəaliyyətini davam etdirəcək”. Вернуться назад |