Главная > Dünya > İranda güclü zəlzələ

İranda güclü zəlzələ


17-03-2022, 10:16. Разместил: admin
İranın cənubunda 5,9 bal gücündə zəlzələ baş verib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 166 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Вернуться назад