Главная > Dünya / Manset > Ukrayna MN Rusiyanın itkilərini açıqladı

Ukrayna MN Rusiyanın itkilərini açıqladı


22-03-2022, 19:53. Разместил: admin
Müharibə başlayandan Rusiya Silahlı Qüvvələrinin 15 300 hərbçisi məhv edilib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya ordusuna məxsus 509 tank, 1556 piyadaların döyüş maşını, 252 artilleriya qurğusu, 99 hərbi təyyarə, 123 hərbi helikopter, 70 yanacaq çəni olan avtomobil, 3 gəmi məhv edilib.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 27-ci günüdür.
Вернуться назад